Rusiyadan gələn azərbaycanlılarla görüşlər keçirilib

Rusiyadan gələn azərbaycanlılarla görüşlər keçirilib
  28 Avqust 2020    Oxunub:2778
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları koronavirus pandemiyası ilə əlaqədar Rusiyadan təxliyyə edilərək vətənə qayıtmiş Azərbaycan vətəndaşları ilə görüşlər keçiriblər.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, həmin vətəndaşların, eləcə də ailələrinin mövcud sosial vəziyyətləri öyrənilib. Onların qarşılaşdıqları və nazirliyin səlahiyyət dairəsinə aid məsələlərin qeydiyyatı aparılıb.

Bu məsələlərin (o cümlədən əlilliyin təyinatı, pensiya təminatı və s.) həllində qanunvericilik çərçivəsində onlara və ailələrinə ehtiyac duyduqları sosial dəstəyin göstəriləcəyi bildirilib.

Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti