Ombudsman Aparatı: "Səbinə Əliyeva fəaliyyətini davam etdirir"

      Ombudsman Aparatı:    "Səbinə Əliyeva fəaliyyətini davam etdirir"
  28 Avqust 2020    Oxunub:5487
Bəzi kütləvi informasiya vasitələrində Ombudsmanın və onun Regional Mərkəzlərinin fəaliyyətinin dondurulması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
Azvision.az xəbər verir ki, bu barədə Ombudsman Aparatından bildirilib.

"Nəzərinizə çatdırmaq istərdik ki, Ombudsman Səbinə Əliyeva Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanunu ilə ona verilmiş sələhiyyətlər çərçivəsində öz fəaliyyətini davam etdirməkdədir. Gündəlik olaraq Müvəkkilin ünvanına daxil olan müraciətlər icraata götürülərək qanuna müvafiq surətdə araşdırılır, sorğular göndərilir, onlayn maarifləndirmə tədbirləri və görüşlər həyata keçirilir", - deyə məlumatda vurğulanıb.

Azvision.az


Teqlər: Ombudsman   Fəaliyyət  





Xəbər lenti