142 yeni yoluxma qeydə alındı, 97 nəfər sağaldı

 142 yeni yoluxma qeydə alındı, 97 nəfər sağaldı
  28 Avqust 2020    Oxunub:5613
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 142 yoluxma faktı qeydə alınıb, 97 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 35 min 986 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 33 min 461 nəfər müalicə olunaraq sağalıb, 527 nəfər vəfat edib. Aktiv xəstə sayı 1998 nəfərdir.

Ötən müddət ərzində 904 min 506 test aparılıb. Bugünkü test sayı isə 6014-dür.

Azvision.az


Teqlər: Nazirlər-Kabineti   Koronavirus  





Xəbər lenti