"Putinlə razılığa gəlmişik"- Lukaşenko

   "Putinlə razılığa gəlmişik"-   Lukaşenko
  28 Avqust 2020    Oxunub:3345
Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, əgər ittifaq dövlətinin qərb sərhədlərində "hərəkətlilik" olarsa, Minsk və Moskva birgə hərbi qruplaşmadan istifadə edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Belta agentliyi məlumat yayıb. Lukaşenkonun sözlərinə görə, o, Rusiya Prezidenti Vladimir Putinlə bu barədə razılığa gəlib.

"İttifaq dövlətinin qərb sərhəddinə soxulmaq istəyən hər kəsi birgə sakitləşdirmək üçün Minskin və Moskvanın nə səsi, nə əli, nə də ayağı titrəyər".

Lukaşenko vurğulayıb ki, müvafiq addımları atmaqla Rusiya tək Belarusu qorumur, özünə olan təhdiddən müdafiə olunur.

Qeyd edək ki, Rusiya prezidenti Valdimir Putin bildirib ki, Lukaşenkonun xahişi ilə hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət ehtiyat yaradıb və vəziyyət nəzarətdən çıxmayana qədər ondan istifadə edilməyəcək.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Belarus  





Xəbər lenti