Goranboyda maşın ağaca çırpılıb - Ölən var

   Goranboyda maşın ağaca çırpılıb -    Ölən var
  29 Avqust 2020    Oxunub:3391
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Goranboy rayonunun Dəliməmmədli şəhərində “VAZ” markalı minik avtomobili ağaca çırpılıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1991-ci il təvəllüdlü Musayev Məhərrəm İkram oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: Qəza   Yol   FHN  





Xəbər lenti