"Qara Pantera”nın qəhrəmanı vəfat etdi

 "Qara Pantera”nın qəhrəmanı vəfat etdi
  29 Avqust 2020    Oxunub:3358
"Qara Pantera” rolu ilə məşhur olan amerikalı aktyor Çedvik Bouzman 43 yaşında vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Marvel Kinematoqrafiya Kainatının “Twitter” səhifəsində məlumat paylaşılıb.

"Çedvik Bouzman ölümünü böyük kədərlə təsdiqləyirik”, - mesajda deyilir.

2016-cı ildə Bouzmana yoğun bağırsaqda xərçəng diaqnozu qoyulub. Artıq dördüncü mərhələdə olan xəstəliklə aktyor 4 il mübarizə aparıb. O, yaşadığı evdə vəfat edib.

Qeyd edək ki, aktyor "42", "Misir Tanrıları", "Marşall" kimi filmlərdə də rol alıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Aktyor   Vəfat  





Xəbər lenti