10 şəhər və rayonda sərt karantin ləğv olunur

  10 şəhər və rayonda sərt karantin ləğv olunur
  29 Avqust 2020    Oxunub:14186
Virusa yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları 2020-ci il 31 avqust tarixdən etibarən sərt karantin rejimi zonasından çıxarılır.
Bu barədə Azvision.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan daxil olan məlumatda bildirilib.

Qeyd olunub ki, yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bəzi əlavə məhdudiyyətlər hələ davam edəcək.

Azvision.az


Teqlər: Qərar   Karantin  





Xəbər lenti