Hikmət Hacıyev: "Bugünkü rəqəmlər bizi sevindirir"

      Hikmət Hacıyev:    "Bugünkü rəqəmlər bizi sevindirir"
  29 Avqust 2020    Oxunub:3199
Ölkədə COVID-19 virusu ilə mübarizədə aparılan qabaqlayıcı tədbirlər nəticəsində sanitar-epidemioloji vəziyyət nəzarət altında saxlanılıb, vəziyyət sabitləşib, koronavirusa yoluxma sayı azalıb.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

“Virusa yoluxma hallarının qarşısını almaq, vətəndaşların sağlamlığını təmin etmək üçün karantin rejimi qaydalarına əməl etməyə çağırırıq. Bir neçə ay əvvəl ilə müqayisədə bugünkü rəqəmlər bizi sevindirir. Lakin təcrübə göstərir ki, açılmalara doğru gedildikcə, yoluxma sayında artım müşahidə edilir”.

Aytən Zəhra

Azvision.az


Teqlər: OperativQərargah   NazirlərKabineti  





Xəbər lenti