TƏBİB: Resperator infeksiyaların aktivləşməsi gözlənilir

      TƏBİB:    Resperator infeksiyaların aktivləşməsi gözlənilir
  29 Avqust 2020    Oxunub:3591
Pandemiya davam etməkdədir və dünya üzrə olan statistika ürək açan deyil. Lakin Azərbaycanda hazırkı vəziyyət bizi sevindirir, yoluxma sayı azalıb.
Azvision.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyəti yanında Tibbi-Elmi Komitənin sədri Akif Qurbanov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. Onun sözlərinə görə, bu, bizi arxayınlaşdırmamalıdır.

“Sərt karantin rejimindən yumşaq karantin rejiminə yavaş-yavaş keçirilir. Birdən-birə keçid böyük problemlər yarada bilər. Bu işdə hamımızın iştirakı vacibdir. Media orqanlarının üzərinə xüsusi yük düşür. Qaydalara əməl edilməsi yoluxma sayının azalmasına səbəb olacaq. Qarşıdan payız-qış mövsümü gəlir və bu dövrdə resperator infeksiyaların aktivləşməsi gözlənilir. Lakin COVID əleyhinə qorunma tədbirləri bizi digər infeksiyalardan qoruya bilər”.

Aytən Zəhra

Azvision.az


Teqlər: İnfeksiya   yoluxma  





Xəbər lenti