“İstərdim ki, rayonlara gediş-gəliş açılsın, atamı görüm” - Prezidentin köməkçisi

  “İstərdim ki, rayonlara gediş-gəliş açılsın, atamı görüm” -    Prezidentin köməkçisi
  29 Avqust 2020    Oxunub:17846
Rayonlara gediş-gəlişin tam şəkildə açılması insanları narahat edən məsələdir. Lakin bu xəbəri indiki şəraitdə çatdırmaq iqtidarında deyiləm.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

“Axırıncı dəfə atamı mart ayının 13-də görmüşəm. Övladımın ad günündən sonra görməmişəm. İstərdim ki, rayonlara gediş-gəliş açılsın, atamı görüm. Burada əsas məqsəd insanların sağlamlığını qorumaqdır. Ümid edək ki, yaxın vaxtlarda aparılan araşdırmalar nəticəsində belə qərarı buradan açıqlayarıq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Rayon   HikmətHacıyev  





Xəbər lenti