Bu halda karantin rejimi daha da yumlaşdıla bilər

   Bu halda karantin rejimi daha da yumlaşdıla bilər
  29 Avqust 2020    Oxunub:4136
Seroloji testlər könüllü olsa da, bütün insanlara bu testlər tətbiq edilməyəcək.
Azvision.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyəti yanında Tibbi-Elmi Komitənin sədri Akif Qurbanov Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, seroloji testlər təsadüfi zənglər əsasında həyata keçirilir və təhlükəsizdir:

“Məqsədimiz ölkədə ümumi mənzərənin ətraflı öyrənilməsidir. Biz ölkə əhalisinin neçə faizinin xəstəliyə yoluxduğunu və onların qanında anticisimlərin yarandığını müəyyən etməyə çalışırıq. Əgər bilsək ki, 50 faiz insan bu xəstəliyi keçirib, o zaman karantin rejimini daha da yumuşalda bilərik. Hazırda əlimizdə olan məlumata görə, Bakı üzrə 300 insanın qanında anticisimlərin formalaşıb-formalaşmadığının müəyyən edilməsi istiqamətində laboratoriyada işlər davam etdirilir”.

Aytən Zəhra

Azvision.az


Teqlər: Test   virus  





Xəbər lenti