Yoluxma sayı artarsa, məktəblər bağlana bilər

   Yoluxma sayı artarsa, məktəblər bağlana bilər
  29 Avqust 2020    Oxunub:4402
Hazırki şəraitdə təhsillə bağlı qəbul edilən qərarlar mövcud reallığı əks etdirir.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, yoluxma sayı çox olarsa, tədrisin siniflər, məktəb səviyyəsində lokallaşdırılması, əlavə artım olarsa, tədris prosesinin dayandırılması şəklində çevik qərarlar verilə bilər.

“Operativ Qərargaha bu günə qədər təhsil müəssisələrinin niyə açılmaması barədə çoxsaylı suallar var idi. Açıldıqdan sonra isə müvafiq olaraq digər suallar ünvanlandırılır. Ölkə vətəndaşlarının qayğısı, istəkləri, digər ölkələrdə təcrübə nəzərə alınaraq tədirisin bərpası barədə qərar qəbul edildi”.

Aytən Zəhra

Azvision.az


Teqlər: Təhsil   Tədris  





Xəbər lenti