Tədris prosesi əvvəlki qaydada olmayacaq

  Tədris prosesi əvvəlki qaydada olmayacaq
  29 Avqust 2020    Oxunub:4111
Tədrisin başlanması adi qaydada olmayacaq, burada xüsusi yanaşmalar var. Bu yanaşmalar hazırda müzakirə mövzsudur.
Azvision.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyəti yanında Tibbi-Elmi Komitənin sədri Akif Qurbanov Operativ Qərargahın brifinqində deyib. Onun sözlərinə görə, tədris başlasa da, sıxlıq maksimum dərəcədə azaldılmalıdır.

“Ola bilsin ki, orta məktəb şagirdləri onlayn dərslərini davam etdirəcək. Aşağı siniflər qaydalara əməl edilməklə ənənəvi tədrisə davam etsin. Tədrisin təşkili barədə xüsusi qərar hazırda yoxdur, amma bu yaxınlarda veriləcək. Ali təhsil müəssisələrində müzahirələr onlayn olacaq. Praktik məşğələlər zamanı fərdi yanaşma olacaq. Praktik məşğələnin tələbələrə onlayn öyrədilməsi mümkün olmasa, o zaman tələbələr universitetə cəlb olunacaq. Elə hesab etməyək ki, dərslər sentyabrın 15-dən adi qaydada başlayacaq. Burada ehtiyatlı yanaşma olacaq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Tələbə   dərs  





Xəbər lenti