Toylarla bağlı qadağa hələ də qüvvədədir - RƏSMİ

  29 Avqust 2020    Oxunub : 3056
   Toylarla bağlı qadağa hələ də qüvvədədir -    RƏSMİ
Bu günə kimi aparılan monitorinqlər göstərir ki, restoranlar açıq məkanlarda fəaliyyət zamanı, o cümlədən mağazaların əksəriyyəti tələblərə riayət edirlər.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, restoranların qapalı məkanlarda fəaliyyəti ilə bağlı hələ qərar qəbul edilməyib.

Bundan əlavə, H.Hacıyev qeyd edib ki, ölkə miqyasında toy və yas mərasimlərinin keçirilməsi ilə bağlı qadağalar da qüvvədədir.

Aytən Zəhra

Azvision.az

Teqlər: Toy   restoran