"Qaydalara ilk növbədə özümüz əməl etməliyik" - Prezidentin köməkçisi

   "Qaydalara ilk növbədə özümüz əməl etməliyik" -    Prezidentin köməkçisi
  29 Avqust 2020    Oxunub:3774
Ələt postunda pozulmalar barədə məlumatlar varsa, bu barədə müvafiq orqanlara, o cümlədən Operativ Qərargaha məlumat verilə bilər.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, bəsi sosial media şəbəkələrində belə məlumatlar yayılıb.

“Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən bu məsələlər ciddi şəkildə nəzarətə götürülür və araşdırılır. Lakin bəzi insanlar tərəfindən sui-istifadə hallarına yol verilməsi halları olub”.

H.Hacıyev Gəncəyə getməsi barədə suala cavab olaraq bildirib ki, qaydalara hər kəs, o cümlədən dövlət sektorunda olan şəxslər də əməl etməlidir.

“Prezident tərəfindən dövlət işçiləri qarşısında qoyulan tapşırıq ondan ibarətdir ki, hər bir dövlət işçisi xalqın xidmətçisi olmalıdır. Biz xalqın işçisiyik və qaydalara birinci növbədə özümüz əməl etməliyik. Azərbaycan Respublikasının vətəndaşı olaraq mən də hər bir fəaliyyətimdə, ailəmin fəaliyyətində bu qaydalara əməl etməyə çalışıram”.

Azvision.az


Teqlər: Prezidentinköməkçisi   Post  





Xəbər lenti