Vaksinlər sağlam insanlara vurulacaq

  29 Avqust 2020    Oxunub : 2925
   Vaksinlər sağlam insanlara vurulacaq
Vaksinlər xəstə insanlara vurulmur. Sağlam insanlara vurulur ki, xəstəlikdən qorunsun.
Azvision.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyəti yanında Tibbi-Elmi Komitənin sədri Akif Qurbanov Operativ Qərargahın brifinqində deyib. Onun sözlərinə görə, qrip əleyhinə vaksinasiyanın tətbiqi zamanı 4 valentli innaktivləşdirilmiş vaksindən istifadə ediləcək.

“Qrip virusunun 4 ştampı vaksinin tərkibinə daxil olunur. Həmin şəxslərdə bu xəstəliklərə qarşı immunitet formalaşır. Vaksinlər sınanmış, zərərsizdir. İlk növbədə risk qrupu olanlar, yaşlı, zəifləmiş şəxslər, yanaşı xəstəlikləri olanlara vuralacaq. Məqsəd odur ki, onlarda COVID-19 xəstəliyi olarsa, daha ağır formada keçirməsin”.

A.Qurbanov bildirib ki, COVID xəstəliyi 7-8 aydır aşkar edilib:

“Bu xəstəlik haqda kifayət qədər məlumat yoxdur. Bilmirik ki, onu keçirən şəxslərdə immunitet nə qədər qalacaq. Ayrı-ayrı ölkələrdən məlumat alırıq ki, təkrar yoluxma halları var. Yüngül keçirən şəxslərin təkrar ağır keçirməsi, ağır keçirənlərin isə yüngül keçirməsi barədə məlumatlar gəlir. Lakin bu, o demək deyil ki, maskasız gəzsinlər. Hər kəs qorunma tədbirlərinə əməl etməlidir”.

Aytən Zəhra

Azvision.az

Teqlər: Vaksin   TƏBİB