“Ermənistan Suriyada münaqişədə iştirak edir” - Hikmət Hacıyev

   “Ermənistan Suriyada münaqişədə iştirak edir” -    Hikmət Hacıyev
  29 Avqust 2020    Oxunub:3722
“Suriya istiqamətindən də Ermənistana uçuşların artması, silah daşınması müşahidə edilir. Ermənistan Suriyada münaqişədə iştirak edir, həmin ölkədə şəxsi heyəti var”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, Ermənistan Suriyadan silahların alınması ilə bağlı “qara ticarət”lə məşğuldur.

H.Hacıyev qeyd edib ki, son günlər Ermənistanda könüllülər adı altında hərbi qrupların yaradılması barədə qərar qəbul edilib.

"Bunu Ermənistanda demoqrafik böhranın bir təzahürü kimi qəbul edirik. Bu, Ermənistanın silahlı birləşmələrini komplektləşdirməkdə çətinlik çəkdiyini göstərir. Ermənistan rəhbərliyi “bolşevik” tipli silahlı birləşmələr yaratmaq istəyir ki, öz məqsədləri üçün istifadə etsin. Ermənistan müxtəlif ölkələrdən olan muzdluları ön xətdə yerləşdirir, onlar öləndə isə bu faktları gizlədirlər. Belə də təqdim edirlər ki, guya Ermənistan silahlı bölmələrində itki yoxdur”.

Azvision.az


Teqlər: Hikmət-Hacıyev  





Xəbər lenti