BNA: Bu həftə 1,8 milyon sərnişin daşınıb

     BNA:   Bu həftə 1,8 milyon sərnişin daşınıb
  29 Avqust 2020    Oxunub:8842
Bu həftə paytaxtda avtobusla gündəlik səfər edən sərnişinlərin sayında maksimal göstərici qeydə alınıb.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a bildirilib ki, bu həftə 1 milyon 802 min 34 sərnişin daşınıb və avqustun 17-21-də qeydə alınan göstəricidən 11 faiz çoxdur.

Həftə ərzində xəttə çıxan avtobusların sayında da artım olub. Belə ki, bu həftə gündəlik olaraq müntəzəm və ekspress xətlər üzrə 2260 ədədə yaxın avtobus çıxarılıb.

Azvision.az


Teqlər: BNA   Avtobus  





Xəbər lenti