Bakıda 551 küçə dezinfeksiya edildi - FOTO

   Bakıda 551 küçə dezinfeksiya edildi -  FOTO
  29 Avqust 2020    Oxunub:4979
Avqustun 29-da Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və Daxili İşlər Nazirliyinin 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitəsinin köməyi ilə artıq 11-ci dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılıb.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, xüsusi kimyəvi maddələrin istifadə olunması ilə ümumilikdə 551 küçə dezinfeksiya edilib.

Görülən bu işlər Bakı sakinlərinin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq gələcəkdə də davam etdiriləcək.









Azvision.az


Teqlər: Dezinfeksiya   Küçə   Yol  





Xəbər lenti