Reanimasiyada olan xəstələrin sayı açıqlandı

   Reanimasiyada olan xəstələrin sayı açıqlandı
  29 Avqust 2020    Oxunub:4738
Azərbaycanda koronavirusla bağlı 29 avqust 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Son sutkada koronavirusa görə 6384 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 910 min 890-a çatıb.

Reanimasiyada olan xəstə sayı 140, süni tənəffüs cihazında olan xəstə sayı 16 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə 36 min 174 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 33 min 576 nəfər müalicə olunaraq sağalıb, 529 nəfər vəfat edib. Aktiv xəstə sayı 2069 nəfərdir.

Azvision.az


Teqlər:





Xəbər lenti