Koronavirusa yoluxanların sayı 25 milyonu ötdü

 Koronavirusa yoluxanların sayı 25 milyonu ötdü
  30 Avqust 2020    Oxunub:6190
Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 25 milyonu keçib.

Azvision.az "Worldometers" portalına istinadən xəbər verir ki, dünya ölkələri üzrə virusa yoluxma sayı 25 milyon 26 min 611, pandemiya qurbanlarının sayı isə 843 min 153 nəfərə çatıb.
İndiyədək 17 milyon 386 min 170 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya   Yoluxma   Xəstəlik  





Xəbər lenti