Lerikdə Aşura mərasimi keçirmək istəyənlər saxlanılıb

Lerikdə Aşura mərasimi keçirmək istəyənlər saxlanılıb
  30 Avqust 2020    Oxunub:4039
Lerikin Cəngəmiran kəndində "Aşura" mərasimi keçirmək istəyənlər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Azvision.az -a verilən məlumata görə, Lerik rayonunun Cəngəmiran kəndi ərazisində bir qrup şəxsin “Aşura” mərasimini keçirmək üçün məscidin qarşısına toplaşmaq istədikləri müəyyən olunub. Onlar ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq Lerik Rayon Polis şöbəsinə gətiriliblər.

Polis şöbəsində onlarla izahedici söhbətlər aparılıb. Xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq cərimə olunublar. Bir nəfər barəsində toplanmış materiallar isə baxılması üçün Rayon Məhkəməsinə göndərilib.

Azvision.az


Teqlər: DİN   Lerik  





Xəbər lenti