Zəfər bayramı münasibətilə videoçarx hazırlandı - VİDEO

Zəfər bayramı münasibətilə videoçarx hazırlandı -  VİDEO
  30 Avqust 2020    Oxunub:5679
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən “Diplomatiya Könüllüləri” qrupu tərəfindən qardaş Türkiyə Cümhuriyyətinin Zəfər bayramı münasibətilə Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş videoçarx hazırlanıb.
Bu barədə Azvision.az -a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Azərbaycan və Türkiyə prezidentlərinin ölkələrimiz arasında qardaşlıq münasibətləri haqqında söylədikləri kəlamlarla başlayan videoçarxda Bakıda Şəhidlər xiyabanında, Türk şəhidliyi abidəsi və Mustafa Kamal Atatürkün heykəlinin önündə və Atatürk parkında, o cümlədən Türkiyənin Ankara şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkda və Ulu Öndərin heykəli qarşısında çəkilən görüntülər yer alıb.

Videoçarxda Səməd Vurğunun “Azərbaycan” şeirinin misralarının müşayiəti ilə, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı ilə iki ölkənin doğmalıq və qardaşlıq bağı vurğulanaraq Türkiyənin 30 avqust Zəfər Bayramı təbrik edilir.

Videoçarx sosial şəbəkələrdə geniş şəkildə yayılıb.



Azvision.az


Teqlər: XİN   Zəfər-bayramı  





Xəbər lenti