Bakıda Aşura mərasimi keçirmək istəyənlər saxlanıldı

Bakıda Aşura mərasimi keçirmək istəyənlər saxlanıldı
  31 Avqust 2020    Oxunub:3539
Avqustun 30-da paytaxtın Nərimanov rayonu ərazisində bir qrup şəxsin “Aşura” mərasiminin keçirilməsi ilə əlaqədar toplaşdıqları müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, onlar ərazidə xidmət aparan Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətiriliblər. Həmin şəxslərlə izahedici söhbətlər aparılıb.

Xüsusi karantin rejimi qaydalarını pozaraq sosial məsafəni gözləmədiklərinə görə ümumilikdə 7 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib olunub.

Azvision.az


Teqlər: DİN   Aşura  





Xəbər lenti