Türkiyədə koronavirusdan daha 42 nəfər öldü

   Türkiyədə koronavirusdan daha 42 nəfər öldü
  31 Avqust 2020    Oxunub:3958
Türkiyədə son sutka ərzində 42 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 1482 yeni yoluxma faktı qeydə alınıb. Pandemiya qurbanlarının sayı 6326, virusa yoluxanlar isə 268 546 nəfərə çatıb.

Türkiyədə indiyədək 243 839 pasiyent (son sutkada 1027 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti