TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı

   TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı
  31 Avqust 2020    Oxunub:2857
Azərbaycanda koronavirusla bağlı 30 avqust 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Son sutkada koronavirusa görə 6137 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 917 min 27-yə çatıb.

Reanimasiyada olan xəstə sayı 138, süni tənəffüs cihazında olan xəstə sayı 14 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə 36 min 309 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 33 min 703 nəfər müalicə olunaraq sağalıb, 531 nəfər vəfat edib. Aktiv xəstə sayı 2075 nəfərdir.

Azvision.az


Teqlər: TƏBİB   Koronavirus   Pandemiya  





Xəbər lenti