Düşmən avqustda atəşkəs rejimini 1067 dəfə pozub

   Düşmən avqustda atəşkəs rejimini 1067 dəfə pozub
  31 Avqust 2020    Oxunub:2935
Ermənistan silahlı qüvvələri avqust ayında atəşkəs rejimini 1067 dəfə pozub.
Azvision.az -ın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, avqust ayında erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar.

Ay ərzində Ermənistan Respublikası Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq, Muncuqlu kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.

Qeyd edək ki, bu ay Ermənistana məxsus 3 taktiki PUA məhv edilib, Goranboy rayonu istiqamətində diversiya-kəşfiyyat qrupunun komandiri baş leytenant Qurgen Alaverdyan əsir götürülüb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Atəşkəs   Cəbhə   Düşmən  





Xəbər lenti