İdman yarışları ilə bağlı Operativ Qərargaha təkliflər göndərilib

İdman yarışları ilə bağlı Operativ Qərargaha təkliflər göndərilib
  31 Avqust 2020    Oxunub:3228
İdman zallarının açılması Gənclər və İdman Nazirliyinin səlahiyyətində deyil. Bununla bağlı Operativ Qərargahın qərarını gözləyirik.
Azvision.az xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov nazirliyin "Facebook" səhifəsinə idman zallarının açıqlaması ilə bağlı suala cavab verərkən deyib.

Onun sözlərinə görə, Operativ Qərargaha bir neçə dəfə yarışların keçirilməsi ilə bağlı təkliflər göndərmişik: "Hələ ki, açıq havada yarışların və məşqlərin keçirilməsinə icazə verilib. Ona görə nə vaxt icazə verilsə o zaman idman aləmi məşqlərə başlaya biləcək”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Koronavirus   İdman  





Xəbər lenti