"Qarabağ"ın növbəti rəqibi bəlli oldu

   "Qarabağ"ın növbəti rəqibi bəlli oldu
  31 Avqust 2020    Oxunub:4557
Azərbaycan çempionu “Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşacağı komanda İsveçrənin Nyon şəhərindəki püşkatmada bəlli olub.
Azvision.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri bu dəfə “Molde” (Norveç) ilə üz-üzə gələcək. Bu mərhələnin matçları sentyabrın 15-16-da keçiriləcək. Ölkə çempionu matçını evdə keçirəcək.

Bundan başqa, digər cütlərin tərkibi də müəyyənləşib.

“Ferentsvaroş” (Macarıstan) - “Dinamo” (Zaqreb, Xorvatiya)
“Omoniya” (Kipr) - “Srvena Zvezda” (Serbiya)
“Midtüllann” (Danimarka) - “Yanq Boyz” (İsveçrə)
“Makkabi” (Təl-Əviv, İsrail) - “Dinamo” (Brest, Belarus)
PAOK (Yunanıstan) - “Benfika” (Portuqaliya)
“Dinamo” (Kiyev, Ukrayna) - AZ (Alkmaar, Niderland)
“Gent” (Belçika) - “Rapid” (Vyana, Avstriya)

Azvision.az



Teqlər: Qarabağ  





Xəbər lenti