Sentyabrda rayonlara gediş-gəlişin açılması məqsədəuyğundur- Deputat

 Sentyabrda rayonlara gediş-gəlişin açılması məqsədəuyğundur-   Deputat
  31 Avqust 2020    Oxunub:3141
Bizim binada yaşayan paytaxt sakinlərindən biri, demək olar, hər gün məndən rayonlara gediş-gəlişə nə zaman icazə veriləcəyini soruşur. Aylardır ki, o nəvəsini görmək istəyir amma karantin səbəbindən paytaxtı tərk edə bilmir.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, yoluxma sayı ilə bağlı son həftələrin pozitiv dinamikası rayonlara gediş-gəlişə icaizə verilməsinə zəmin yaradır.

"Artıq rayonlar qırmızı zonada deyil, paytaxtda da yoluxma sayı optimallaşır. Əlbəttə, bu da heç bir halda bizdə arxayınçılıq yaratmamalıdır və vaksin tapılana və pandemiya lokallaşanadək qaydalara ciddi əməl edilməsinə ehtiyac var. Bununla yanaşı, paytaxtdan rayonlara səfərlər həmçinin bölgələrin sosial-iqtisadi inkişafı baxımdan da vacibdir.

Çünki son illər bölgələrin real gəlirlərində turizm gəlirlərinin payı artmaqdadır və daxili turizmin inkişafı üçün də səfər məhdudiyyətinin aradan qaldırılmasına ehiyac var. Bu baxımdan, sentyabrda rayonlara gediş-gəliş ilə bağlı icazənin aradan qaldırılması məqsədəuyğundur. Okyabrdan ali məktəblərdə təhsilin də mərhələli şəkildə başlanacağını nəzərə alsaq icazənin götürülməsi daha da aktuallaşıb".

Azvision.az



Teqlər:





Xəbər lenti