Bakıda sıxlığa görə xəttə yeni avtobuslar buraxılıb

Bakıda sıxlığa görə xəttə yeni avtobuslar buraxılıb
  31 Avqust 2020    Oxunub:2928
Bakının “Nizami”, “Elmlər Akademiyası” və “İçərişəhər” metrostansiyaları ətrafındakı dayanacaqlardan sərnişin daşınması üçün əlavə avtobuslar xəttə verilir.
Bu barədə Azvision.az -a Bakı Nəqliyyat Agentliyindən bildiriblər. Qeyd olunub ki, səhər və axşam - pik saatlarda sərnişin axınını idarə etmək məqsədi ilə tələbat olan istiqamətlərdə xəttə əlavə avtobuslar cəlb edilir.

Axşam pik saatlarında metronun “Nizami”, “Elmlər Akademiyası” və “İçərişəhər” metrostansiyaları ətrafındakı dayanacaqlardan sərnişinlərin daşınması üçün 12 və 18 metrlik “BakuBus” avtobusları xidmətə buraxılır.





Azvision.az



Teqlər: Avtobus   sərnişin  





Xəbər lenti