Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı açıqlanıb
TƏBİB-dən Azvision.az -a verilən məlumata görə, reanimasiyada olan xəstələrin sayı 141, süni tənəffüs cihazında olan xəstələrin sayı isə 13-dür.
Azərbaycanda indiyədək ümumilikdə 36435 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 33847 nəfər müalicə olunaraq sağalıb, 534 nəfər vəfat edib, aktiv xəstə sayı 2054 nəfərdir.
Ölkədə son sutka ərzində 5042, hazırkı dövrədək isə 922069 test aparılıb.
Azvision.az
Teqlər: Koronavirus yoluxma