Türkiyədə koronavirusla bağlı son vəziyyət

   Türkiyədə koronavirusla bağlı son vəziyyət
  01 Sentyabr 2020    Oxunub:3396
Türkiyədə son sutka ərzində 44 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 1587 yeni yoluxma faktı qeydə alınıb. Pandemiya qurbanlarının sayı 6370, virusa yoluxanlar isə 270 133 nəfərə çatıb.

Türkiyədə indiyədək 244 926 pasiyent (son sutkada 1087 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az




Teqlər: Türkiyə   virus  





Xəbər lenti