Avqustda 227 ədəd sursat və mina aşkarlanıb

Avqustda 227 ədəd sursat və mina aşkarlanıb
  01 Sentyabr 2020    Oxunub:2609
Avqust ayı ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağstafa, Astara, Bərdə, Cəbrayıl, Füzuli, Xocavənd, Qazax, Oğuz, Siyəzən, Şəmkir, Tərtər, Tovuz rayonları, Bakı, Gəncə və Lənkəran şəhərləri ərazisində 635 min 576 kvadratmetr (63,56 ha) ərazi yoxlanılıb, 225 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina (cəmi 227 ədəd) və 2 min 279 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək zərərsizləşdirilib.
ANAMA-nın mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, əməliyyatlara 579 nəfərdən ibarət heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it cəlb edilib.

Avqust ayı ərzində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 4, Daxili İşlər Nazirliyinin ″102″ Zəng Mərkəzi Xidmətindən 28, Dövlət Sərhəd Xidmətindən 3 və rayon polis şöbəsindən 1 müraciət (cəmi 36 çağırış) daxil olub. Müraciətlər əsasında Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Səhiyyə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə 32 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Ağstafa, Astara, Bərdə, Füzuli, Qazax, Oğuz, Siyəzən, Şəmkir, Tərtər, Tovuz rayonları, Bakı, Gəncə və Lənkəran şəhərləri ərazisində 10 min 173 kvadratmetr ərazi yoxlanılıb, 49 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina (cəmi 51 ədəd) və 2 min 279 ədəd müxtəlif çaplı patronlar aşkar olunaraq yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə daşınaraq zərərsizləşdirilib.

Ötən ay mina/PHS hadisəsi qeydə alınmayıb.

Azvision.az


Teqlər: ANAMA  





Xəbər lenti