BMT Azərbaycana dərman göndərdi

  01 Sentyabr 2020    Oxunub : 1740
   BMT Azərbaycana dərman göndərdi
Azərbaycanda tibbi təchizat sisteminin gücləndirilməsinə dəstək məqsədi ilə həyata keçirilən layihə çərçivəsində Səhiyyə Nazirliyi və BMT-nin İnkişaf Proqramı Azərbaycanda vərəmin müalicəsi üçün dərmanların satınalınması işini davam etdirir.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, bu dəfəki çatdırılmada BMTİP-nin beynəlxalq təchizat zənciri vasitəsilə ölkəyə 2 395 qutu dərman preparatı gətirilib.

Bu günə qədər layihə ölkədə 7 300-ə yaxın vərəm xəstəliyi olan şəxslərin müalicəsi üçün dərmanların satınalınmasına dəstək olub.



Azvision.az

Teqlər: BMT   Dərman