Lider TV 20 yaşını qeyd edir

Lider TV 20 yaşını qeyd edir
  01 Sentyabr 2020    Oxunub:3061
Bu gün Lider TV-nin fəaliyyətə başlamasının 20 ili tamam olur.
Azvision.az xəbər verir ki, Lider TV 2000-ci il sentyabrın 1-də fəaliyyətə başlayıb və həmin tarixdən etibarən müasir teleməkanın lidelərindən biri, həmişə hər bir Azərbaycan ailəsində maraqlı, rəngarəng, operativ, orijinal, ən arzu edilən qonaqdır.

Lider TV 24 saat ərzində Azərbaycan ərazisində, peyk vasitəsilə isə dünyanın bir çox ölkələrində yayımlanır. Lider TV-nin əsas kriteriyaları xüsusi, peşəkar və müxtəlif verilişlərin hazırlanması, milli dəyərlərin, musiqinin, mədəniyyətin, incəsənətin, idmanın, ictimai həyatın təbliğ edilməsi, obyektiv və operativ informasiyanın ictimaiyyətin diqqətinə çatdırılmasıdır ki, bunun sayəsində tamaşaçılar Azərbaycan və onun hüdudlarından kənarda baş verən mühüm hadisələr haqqında tam məlumat əldə edirlər.

Lider TV-nin verilişləri geniş auditoriyaya hesablanıb, telekanalın layihələri isə həmişə müasir televiziyanın inkişafına yenilik gətirir. Çoxsaylı və maraqlı intellektual layihələr, istehsal etdiyi seriallar, uşaq və əyləncə verilişləri, idman verilişləri, informasiya buraxılışları və müxtəlif teleşoular çoxmilyonlu televiziya auditoriyası tərəfindən sevilir.

Lider TV-nin kollektivini yubiley münasibətilə təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

Azvision.az


Teqlər: Lider  





Xəbər lenti