Yalan məlumat yayan direktora töhmət verildi

 Yalan məlumat yayan direktora töhmət verildi
  01 Sentyabr 2020    Oxunub:4988
Sosial şəbəkədə məzuniyyət vaxtı avtobus sürücüsü işləməyi ilə bağlı yalan məlumat yayan məktəb direktoruna töhmət verilib .
Təhsil Nazirliyindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, "Müəllimlərin etik davranış Qaydaları"nı pozduğuna görə, Saatlı rayonu Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayevə Təhsil nazirinin müvafiq əmri ilə töhmət verilib.

Qeyd edək ki, ötən gün Bakı Nəqliyyat Agentliyi də Elnur Rzayevlə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, sosial şəbəkələrdə Saatlı rayon Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayevin məzuniyyət vaxtı avtobus sürücüsü işləməsi ilə bağlı fikirləri həqiqəti əks etdirmir:

““BakuBus MMC”-də bu adda sürücü çalışmır. Elnur Rzayevlə əlaqə saxlanılıb və özünün də bildirdiyinə görə o, bunu sadəcə paylaşım xatirinə edib: "BakuBus” MMC-də sürücü kimi işə qəbul qanunvericiliklə müəyyən olunan sistem əsasına həyata keçirilir. Sürücü kimi işə qəbul olunan namizədlər əvvəlcə xüsusi təlimlər cəlb olunur. Təlimi keçən namizədlər Əmək Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə müvafiq olaraq daimi əsaslı əmək müqaviləsinin əsasında sürücü vəzifəsinə təyin olunurlar. Bu isə onların əmək hüquqlarının qorunması, həm də sosial təminatlarının həyata keçirilməsi baxımından çox əhəmiyyətlidir".

Azvision.az


Teqlər: Avtobus   Sürücü   Məktəb   Direktor  





Xəbər lenti