“Qiymətlərə görə rəqabətin olması düzgün deyil” - BNA

   “Qiymətlərə görə rəqabətin olması düzgün deyil” -    BNA
  01 Sentyabr 2020    Oxunub:3322
"Bu gün taksi fəaliyyətinə köklü yanaşma düzgün deyil. İnsanlar fikirləşir ki, pandemiyadır, iş yerləri bağlanıb. Bu, eyni zamanda əvvəllər də belə idi ki, işsizlikdir və heç bir işə əl atmayan şəxs lizinqə maşın götürüb taksi fəaliyyətinə başlayırdı. Qeyri-professional yanaşma insanların həyatı üçün təhlükəlidir".
Azvision.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) hüquq şöbəsinin müdiri Hikmət Babayev deyib. Onun sözlərinə görə, minik avtomobillərində taksometrin olmaması, qanuni işləməməsi taksilərdə tariflərin tənzimlənməməsinə gətirib çıxarır.

H.Babayev bildirib ki, BNA vahid tarifi müəyyənləşdirmir.

“Aidiyyatı dövlət qurumları tariflərin tənzimlənmə mexanizmlərini düşünməlidir, minimal və maksimal hədlər müəyyənləşməlidir. Qiymətlərə görə rəqabətin olması düzgün deyil. Rəqabət bazarda keyfiyyətə görə olmalıdır. Ümid edirik ki, təklifimiz dəyərləndiriləcək və yaxın günlərdə rəylər bildiriləcək”.

Aytən Zəhra
Azvision.az


Teqlər: BNA  





Xəbər lenti