Sosial-psixoloji reabilitasiya xidmətləri təkmilləşdirilir

Sosial-psixoloji reabilitasiya xidmətləri təkmilləşdirilir
  01 Sentyabr 2020    Oxunub:2685
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya mərkəzlərində əlilliyi olan şəxslər üçün sosial-psixoloji reabilitasiya xidmətinin təkmilləşdirilməsi məqsədilə xüsusi bölmələr yaradılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Azvision.az -a bildirilib ki, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində yaradılan sosial-psixoloji reabilitasiya bölmələrinə psixoloq, abilitoloq və təlimatçılar cəlb olunacaq.

Agentlik tərəfindən sosial-psixoloji reabilitasiya xidmətinin təşkili formaları və kadr hazırlığı ilə əlaqədar Psixologiya Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq ediləcək. Bu məqsədlə həmin institutla memorandumun imzalanması da planlaşdırılır.

Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti