Türkiyədə koronavirusdan daha 47 nəfər ölüb

   Türkiyədə koronavirusdan daha 47 nəfər ölüb
  02 Sentyabr 2020    Oxunub:3413
Türkiyədə son sutka ərzində 47 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 1572 yeni yoluxma faktı qeydə alınıb. Pandemiya qurbanlarının sayı 6417, virusa yoluxanlar isə 271 705 nəfərə çatıb.

Türkiyədə indiyədək 245 929 pasiyent (son sutkada 1003 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  





Xəbər lenti