Naxçıvan əhalisi 15 ildə 20 faizdən çox artıb

 Naxçıvan əhalisi 15 ildə 20 faizdən çox artıb
  02 Sentyabr 2020    Oxunub:2699
Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın çoxşaxəli inkişafının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması tədbirləri demoqrafik proseslərə də müsbət təsir göstərib.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, əhalinin sayı 2005-ci ilin sonu ilə müqayisədə 20,5 faiz artaraq 1 iyul 2020-ci il tarixə 460,6 min nəfər təşkil edib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   Əhali  





Xəbər lenti