Dünyada COVID-19-a yoluxanların sayı 26 milyona çatır

   Dünyada COVID-19-a yoluxanların sayı 26 milyona çatır
  02 Sentyabr 2020    Oxunub:3333
Dünyada koronavirus infeksiyasına yoluxanların və ölənlərin sayı artmaqda davam edir.

Azvision.az "Worldometers" portalına istinadən xəbər verir ki, dünya ölkələri üzrə virusa yoluxma sayı 25 milyon 905 min 885, pandemiya qurbanlarının sayı isə 861 min 277 nəfərə çatıb.
İndiyədək 18 milyon 197 min 537 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti