Bir ildə 20 mindən çox insan cinayətlərdən zərər çəkib

 Bir ildə 20 mindən çox insan cinayətlərdən zərər çəkib
  02 Sentyabr 2020    Oxunub:2737
2019-cu ildə baş vermiş cinayətlər nəticəsində 20 min 854 nəfər zərər çəkib. Bunlardan 3596 nəfəri ehtiyatsızlıqdan baş vermiş cinayətlər nəticəsində, 184 nəfəri qəsdən adam öldürmə, 355 nəfəri qəsdən sağlamlığa ağır zərər vurma nəticəsində zərər çəkib.
Dövlət Statistika Komitəsindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, zərərçəkən şəxslərdən 14 min 425 nəfəri kişi, 6429 nəfəri qadın olub.

Həmçinin zərərçəkən şəxslərdən 619 nəfəri 18 yaşadək uşaqlardır. Bunların 357 nəfəri oğlanlar, 262 nəfəri qızlardır.

Uşaqlardan 269 nəfəri ehtiyatsızlıqdan baş vermiş cinayətlər nəticəsində, 5 nəfəri qəsdən adam öldürmə nəticəsində, 12 nəfəri qəsdən sağlamlığa ağır zərər vurma nəticəsində zərər çəkib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Cinayət  





Xəbər lenti