“OPEC + olmasaydı, indi neftin qiyməti 10 dollar idi” - Nazir

 “OPEC + olmasaydı, indi neftin qiyməti 10 dollar idi” -  Nazir
  02 Sentyabr 2020    Oxunub:4346
Əgər OPEC + müqaviləsi olmasaydı, neftin bir barreli 45 dollar əvəzinə 10-20 dollar təşkil edərdi.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın Energetika naziri Aleksandr Novak deyib.

Onun sözlərinə görə, neft istehsalının azalması OPEC + razılaşması ilə bağlı deyil, əksinə ilk növbədə qlobal tələbatın azalması ilə əlaqədardır.

Rusiyalı nazir xartırladıb ki, vəziyyətin inkişafı üçün iki ssenari olub.

"Birincisi, tələbin düşməsi səbəbindən xaotik bir azalma. Hətta anbarlar neftlə dolu idi. İkincisi, koordinasiyalı şəkildə istehsalı bərabər azaltmaq. Biz ikincini seçdik".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: OPEC+   Neft  





Xəbər lenti