Azərbaycanda daha 154 nəfər COVID-19-a yoluxdu

  Azərbaycanda daha 154 nəfər COVID-19-a yoluxdu
  02 Sentyabr 2020    Oxunub:4547
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 154 yeni yoluxma faktı qeydə alınıb, 139 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 36 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 116 nəfər müalicə olunaraq sağalıb, 538 nəfər vəfat edib, aktiv xəstə sayı 2078 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6730, ötən müddət ərzində isə ümumilikdə 935 396 test aparılıb.

Azvision.az


Teqlər: Nazirlər-Kabineti   Koronavirus   Statistika  





Xəbər lenti