Bu ilin ikinci rekordçusu - O da 700 bal topladı (FOTO)

  Bu ilin ikinci rekordçusu -    O da 700 bal topladı (FOTO)
  03 Sentyabr 2020    Oxunub:19621
Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə 20-21 avqust 2020-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri açıqlanıb.

Azvision.az -ın məlumatına görə, I ixtisas qrupu üzrə bir abituriyent 700 bal toplayıb. Rekordçu abituriyent Xırdalan şəhəri, 1 nömrəli orta məktəbin məzunu Hüseyn Abdullayevdir.
O, imtahanın I mərhələsində 300 bal qazanıb və beləliklə, hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb.



Qeyd edək ki, bu il III ixtisas qrupu üzrə Bakı şəhərinin Binəqədi rayonu, 276 saylı məktəbin məzunu Kərimli Əziz İlham oğlu da 700 bal toplayaraq rekorda imza atıb.

Azvision.az


Teqlər: İmtahan  





Xəbər lenti