“Navalnı zəhərlənməyib, Merkelin açıqlaması uydurmadır” - Lukaşenko

“Navalnı zəhərlənməyib, Merkelin açıqlaması uydurmadır” -  Lukaşenko
  03 Sentyabr 2020    Oxunub:2456
Almaniya kansleri Angela Merkelin Rusiya müxalifətinin lideri Aleksey Navalnının zəhərlənməsi ilə bağlı açıqlaması uydurmadır.
Azvision.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın Baş Naziri Mixail Mişustinlə görüşdə deyib.

Lukaşenko, Varşava ilə Berlin arasında Korrupsiyaya Qarşı Mübarizə Fondunun qurucusu Aleksey Navalnı barədə danışıqlara istinad edib.

“Rusiya hadisələrini müşahidə edərkən, Qərbdə yeni bir xüsusiyyət ortaya çıxıb - yenə "Noviçok", yenə zəhərlənmə. Sizə deməliyəm ki, Merkelin çıxışından əvvəl biz söhbəti dinlədik. Varşavanın Berlinlə danışdığını başa düşdük - iki abonent əlaqədə idi. Radioelektron hərbi kəşfiyyatımız ələ keçirdi”, - deyə Lukaşenko vurğulayıb.

O, Rusiya tərəfinə bunun saxta olduğunu açıq şəkildə göstərən söhbətin stenoqramını verəcəyini vəd edib.

Lukaşenko Navalnının zəhərlənmədiyini bildirib. Onun sözlərinə görə, bu, Putini Belarusun məsələsindən ayırmaq üçün ortaya atılıb.

Qeyd edək ki, bir gün əvvəl Almaniya hökuməti Bundesverin laboratoriyasında aparılan toksikoloji testlərin nəticəsinə əsasən, Navalnının “Noviçok” qrupuna aid olan sinir iflicedici maddə ilə zəhərləndiyini bəyan edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Minsk  





Xəbər lenti