Sosial şəbəkələr yeni tənzimləmə qaydalarına qarşı çıxdı

   Sosial şəbəkələr yeni tənzimləmə qaydalarına qarşı çıxdı
  03 Sentyabr 2020    Oxunub:4538
ABŞ-ın bəzi texnologiya kompaniyaları Rabitə üzrə Federal Komissiyaya ölkədə sosial şəbəkələrin fəaliyyətinin tənzimləməsi barədə petisiyanı rədd etməsi tələbi ilə müraciət edib.
Azvision.az xarici KİV-ə istinadən “Facebook”, “Amazon”, “Twitter” və “Google” kompaniyaları ABŞ Prezidenti Donald Trampın sosial şəbəkələrin fəaliyyətinin tənzimləməsi barədə tələbinin qanuni əsasının olmadığı və şəxsi maraqlara xidmət etdiyi barədə Rabitə üzrə Federal Komissiyaya müraciət ünvanlayıb.

“Sosial şəbəkələrin fəaliyyətinə nəzarət üzrə yeni qaydaların tətbiqi onları dələduzluq sxemləri və digər yolverilməz kontent növləri ilə mübarizədə hüquqi müdafiədən məhrum edə bilər”, - məlumatda bildirilib.

Qeyd edək ki, Donald Tramp bu ilin may ayında ölkədə sosial şəbəkələrin fəaliyyətinin nizamlanmasına dair fərman imzalayıb.

Azvision.az


Teqlər: Sosial-şəbəkə  





Xəbər lenti