“Belarusda etirazlar heç vaxt bitməyəcək” - Tixanovskaya

 “Belarusda etirazlar heç vaxt bitməyəcək” -  Tixanovskaya
  04 Sentyabr 2020    Oxunub:2586
Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya ölkədə etiraz aksiyalarının dayanmayacağını bəyan edib.
Azvision.az xəbər verir ki, bu barədə xanım siyasətçi Litva mətbuatına müsahibəsində deyib.

Onun sözlərinə görə, Belarusdakı etiraz aksiyalarında iştirak edən insanlar hazırkı Prezident Aleksandr Lukaşenkoya təzyiq göstərən qüvvədir. O, etirazların heç vaxt bitməyəcəyini əlavə edib.

Bundan əlavə, Tixanovskaya Prezident Lukaşenkonun Rusiya ilə əlaqələrindən narahatlığını dilə gətirib. O, Rusiyanın respublikanın işlərinə qarışa biləcəyindən ehtiyat etdiyini vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Belarus  





Xəbər lenti