Azərbaycanda 18 yaşadək ana olanlar - STATİSTİKA

Azərbaycanda 18 yaşadək ana olanlar -  STATİSTİKA
  04 Sentyabr 2020    Oxunub:2956
2019-cu ildə 18 yaşadək analar tərəfindən 2329 uşaq dünyaya gətirilib.
Dövlət Statistika Komitəsindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, uşaqlardan 717 nəfəri şəhər yerlərində, 1603 nəfəri kənd yerlərində dünyaya gəlib.

18 yaşadək analar tərəfindən doğulan uşaqların diri doğulanların ümumi sayına nisbəti 1,6 faiz olub.

Statistik məlumatlara əsasən, 18 yaşadək analar tərəfindən 2018-ci ildə 2129 uşaq, 2017-ci ildə 2421, 2016-cı ildə 2809, 2015-ci ildə isə 2895 uşaq dünyaya gəlib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Uşaq   Ana  





Xəbər lenti